“Liverpul”un baş məşqçisi Yurgen Kloppun fikrincə, hazırda dünyanın ən yaxşı məşqçisi Xosep Qvardioladır.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti”dəki həmkarı barədə danışan alman mütəxəssis deyib: “Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, bizim hamımız bu fikirlə razıyıq. Kimsə buna şübhə edirdə, onu başa düşmürəm”.
Qeyd edək ki, aprelin 10-da İngiltərə Premyer Liqasının 32-ci turunda “Mançester Siti” öz meydanında “Liverpul”la qarşılaşacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir