“Barselona”nın nümayəndələri “Bavariya”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zaxavi ilə görüşüblər.
“İki sahil” xəbər verir ki, bu haqda “Diario Sport” məlumat yayıb. Bildirilib ki, görüş müsbət nəticə verib. Bunda “Barselona”nın prezidenti Joan Laporta ilə P.Zaxavinin şəxsi münasibətləri əsas rol oynayıb. Bildirilir ki, polşalı futbolçu “Barselona”ya keçmək istəyir. O hesab edir ki, artıq karyerasının Almaniya dövrü başa çatıb.
Levandovskinin nümayəndəsi futbolçu ilə 3 illik müqavilə bağlanmasını təklif edib. Lakin müqavilənin uzunmüddətli olmasına klub hələlik ehtiyatla yanaşır. Buna görə də istisna deyil ki, futbolçuya daha qısa müddətli müqavilə təklif olunsun.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir