08 aprel 2022 13:54
957

Azərbaycan millisinin baş məşqçisi Prezidentə təşəkkür edib

"Hörmətli Prezident, işimi yüksək qiymətləndirdiyinizə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu medalda Sizin qəlbinizin bir hissəsi də var".

“İki sahil” xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

"Siz idman, gənclər üçün nə lazımdırsa edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək. Sağ olun. Sizə möhkəm cansağlığı arzu edirəm", - deyə rusiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə etməklə komanda hesabında çempion olub.