Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt” – “Barselona” oyunu (1:1) zamanı qonaq komandanın kapitanı Pike 23-cü dəqiqədə əvəzlənib.
"İki sahil" UEFA-nın saytına istinadən xəbər verir ki, görüşdən sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi məcburiyyətdən futbolçusunu meydandan çıxardığını deyib: “Onun ayağında möhkəm ağrılar vardı. Müəyyən vaxta qədər dözə bildi. Amma görüşün gedişatında hesab etdi ki, bu ağrı sonradan ona problem yarada bilər. Ona görə də əvəzlənməsini istədi”.
Qeyd edək ki, görüşün birinci hissəsində Pike qasıq nahiyəsindən zədələnib. Lakin bir müddət oyuna davam edib. O, 23-cü dəqiqədə Klemanla əvəzlənib.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir