"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la heç-heçə etdikləri ilk matç (1:1) barədə danışıb.
“İki sahil” xəbər verir ki, 42 yaşlı mütəxəssis cavab görüşündə doğma meydanda daha yaxşı nəticə qazanacaqlarını deyib: “Top yerindən tərpənmirdi. Qazon çox pis vəziyyətdə idi. "Kamp Nou"da hər şey fərqli olacaq. Çünki orada ot örtüyü daha yaxşıdır. "Ayntraxt"ın stadionunda olduğu kimi səs-küylü dəstəyə ehtiyacımız var. Atmosfer qeyri-adi idi. Amma bu, bizə təsir etmədi. Rəqib yaxşı müdafiə olunurdu. Necə hücum edəcəyimizi bilmirdik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 14-ü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir