07 aprel 2022 17:55
955

UEFA Rusiya ilə bağlı yaxın vaxtlarda qərar qəbul edəcək

UEFA Rusiya yığmalarına və klublarına qarşı tətbiq olunan sanksiyalarla bağlı yeni qərar qəbul etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasında açıqlama verib.

Sloveniyalı funksioner bu məsələni müzakirə edəcəklərini bildirib: "Yaxın vaxtlarda qərar verməliyik. Amma bizə daha çox informasiya lazımdır".

Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.