"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın sabiq kapitanı Ueyn Runinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Runi "Sky Sports"a açıqlamasında 37 yaşlı hücumçunun əvvəlki kimi oynamadığını deyib. Daha sonra o, həmin studiyadan "Liverpul"un keçmiş futbolçusu Ceym Karraqerlə birgə foto paylaşıb. Ronaldo isə paylaşımın şərh bölməsinə "İki paxıl" rəyini yazıb.
Qeyd edək ki, Runi 2004-2017-ci illərdə "qırmızı şeytanlar"da oynayıb. 2003-cü ildə "Mançester Yunayted"ə gələn Ronaldo 2009-cu ildə komandadan ayrılsa da, ötən ilin yayında kluba qayıdıb.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir