İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Braziliya milli komandasına rəhbərlik edə bilər.
“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Cənubi Amerika təmsilçisinin sükanı arxasına keçməyə əsas namizəd hesab olunur.
52 yaşlı baş məşqçinin bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra yeni işinə başlaya biləcəyi iddia olunub. Braziliya Futbol Federasiyasının Qvardiola və nümayəndələri ilə əlaqə saxladığı və ona 2026-ci ilədək müqavilə təklif etdiyi bildirilib. Təcrübəli mütəxəssis yığmada işləməyə razılıq versə, illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, hazırda Braziliya millisinə Tite başçılıq edir.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir