Şahmat üzrə Azərbaycan millisinin üzvü Rauf Məmmədovun bir neçə saat öncə feysbuk hesabında açıqlama yayaraq FİDE-nin bayrağı altındakı bütün yarışlardan imtina etdiyi haqda xəbər vermişdik.
“İki sahil” xəbər verir ki, həmin paylaşımdan bir neçə saat sonra qrossmeysterin feysbuk hesabı bloklanıb. Artıq axtarış zamanı onun hesabını görmək mümkün deyil.
Şahmatçının anası, tanınmış hüquqşünas Lətifə Əliyeva isə Sport24.az saytı ilə əlaqə saxlayaraq Raufun millidəki çıxışını davam etdirəcəyini bildirib: "Oğlum Vətənini, bayrağımızı çox sevir. Bu səbəbdən o, çıxışını davam etdirəcək. İstər milli komandada, istərsə də fərdi yarışlarda yenə Azərbaycan bayrağını ucaltmağa davam edəcək".
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir