07 aprel 2022 13:59
1248

Benzema bu səbəbdən "Çelsi" ilə oyunu buraxa bilərmiş

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə ilk matçı (3:1) buraxa bilərmiş.

"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib. O bildirib ki, fransalı hücumçu stadiona giriş yerini tapa bilmədiyi üçün London təmsilçisi ilə oyunu buraxmaq təhlükəsi ilə üz-üzə olub:

“Oyundan əvvəl Benzema stadiona daxil olmaq üçün giriş tapa bilmədi. Ona dedim ki, tez ol, əks halda matçda iştirak edə bilməyəcək. Xoşbəxtlikdən Kərim onu ​​tapdı".

Qeyd edək ki, Benzema sözügedən görüşdə het-trikə imza atıb.