"Vilyarreal"ın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, o, Münhen təmsilçisini cavab görüşündə də məğlub etməyə çalışacaqlarını deyib: “İlk matçdakı yaxşı oyunla kifayətlənməyəcəyik. "Bavariya"nı yenə məğlub etməyə çalışacağıq. 1:0 hesablı qələbə yetərli deyil. “Bavariya” favoritdir, onların uduzması normal deyil. Sevinə bilərik, amma diqqətli olmalıyıq. Qarşıda hələ 90 dəqiqə var və mən "Bavariya"nı yenə məğlub etmək istəyirəm. Buna nail ola bilməsək, məyus olacağam".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 12-də keçiriləcək.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir