07 aprel 2022 10:45
956

Namik "Bursaspor"da ən çox qol vuran futbolçular sırasında

Millimizin üzvü Namik Ələskərov "Bursaspor"a bu mövsüm transfer olunan legioner futbolçular arasında ən çox qol vuranlardan biridir.

"İki sahil" Bursa mətbuatına istiandən xəbər verir ki, 27 yaşlı yarımümdafiəçi bu mövsüm 4 qol və 5 qol ötürməsi ilə 2-ci pillədə qərarlaşıb.

Siyahıya 5 qol, 4 qol ötürməsi ilə Massimo Bruna başçılıq edir.

Xatırladaq ki, N.Ələskərov bu mövsüm "Bursaspor"da ən çox meydana çıxan  (1 980 dəqiqə) legioner futbolçudur.