Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov İsrail Dövlətinin turizm naziri Yoel Razvazovu qəbul edib. Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən gənclər və idman istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, nazir Fərid Qayıbov qonağa Azərbaycan idmanında son illər görülən işlər və əldə olunan uğurlar barədə məlumat verərək bildirib ki, bu sahədə əməkdaşlıq, xüsusən də, birgə təlim-məşqlər hər iki tərəf üçün faydalı ola bilər. Qeyd olunub ki, Azərbaycanla İsrail arasında mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə ehtiyac var.
Sonda iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan tərəfindən gənclər və idman naziri Fərid Qayıbov, İsrail tərəfindən isə turizm naziri Yoel Razvazov imzalayıblar.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir