Azərbaycan cüdoçusu Abil Yusubov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub.
“İki sahil” xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq yerli cüdoçu Oqabek Macitov, ardınca gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib.
Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.
Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də finala yüksəlib. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla görüşəcək.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir