06 aprel 2022 15:55
765

Klopp: Onun transfer qiyməti dəlilikdir

“Liverpul” “Borussiya”nın hücumçusu Erlinq Haalandı transfer etməyəcək.

“İki sahil” xəbər verir ki, bu haqda klubun baş məşqçisi Yurgen Klopp məlumat verib.

“Biz hətta onu transfer etmək niyyətinə yaxınlaşmayacağıq da. Onun KİV-də yayımlana transfer qiyməti sadəcə, dəlilikdir. Bu mənada, bizim bu transferdə heç bir şansımız yoxdur. Düzü, heç özüm də belə sövdələşmə istəmirəm. Bu, xoş deyil” – deyə Klopp “Bild” nəşrinə bildirib.

Alman KİV-lərinin yaydığı xəbərə görə, Haalandın transfer qiyməti 300 milyon avro təşkil edir.