Azərbaycan millisinin futbolçusu Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Turan" klubunda baş məşqçi dəyişikliyi olub.
“İki sahil” klubun rəsmi instaqram hesabına istinadən xəbər verir ki, Vladimir Qazzayevin müqaviləsi hər iki tərəfin razılığı ilə vaxtından əvvəl ləğv edilib.
42 yaşlı mütəxəssisi bu postda Kuanış Kabdolov əvəzləyib.
Qeyd edək ki, Emil Balayev martın 4-də "Turan"la müqavilə imzalayıb. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Vladimir Qazzayevin məşqçilər korpusunda yer alıb.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir