"Real"ın baş məşqçisi Karlo Ançelottinin növbəti koronavirus testinin cavabı neqativ çıxıb.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə bu gün keçiriləcək səfər matçında komandasının yanında olacaq. O, səhər saatlarında Londona yollanıb.
Xatırladaq ki, koronavirus testi iki dəfə müsbət çıxan Ançelottinin "Çelsi" ilə oyunda komandası ilə birlikdə olmayacağı haqda xəbərlər yayılmışdı.
"Çelsi" - "Real" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir