Yayda heyətində köklü islahatlar aparacaq “Fənərbaxça”nın transfer siyahısındakı futbolçuların adları bir-bir bəlli olur.
"İki sahil"in “ajansspor.com”a istinadən məlumatına görə, Türkiyə klubu bu dəfə “Midtyulland”ın oyunçularına elçi düşüb.
Maraqlıdır ki, “sarı-lacivərdlilər” Danimarka klubunun birdən-birə 3 üzvünə göz dikib. Bunlar 20 yaşlı nigeriyalı dayaq yarımmüdafiəçisi Rafael Onyedika, 23 yaşlı braziliyalı orta sahə oyunçusu Evander və onun həmyerlisi olan 23 yaşlı hücumçu Junior Brumadodur. İstanbul təmsilçisi bu oyunçulardan ən azı ikisini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Fənərbaxça” “Real”ın müdafiəçisi Marselo və “Atletiko”nun hücumçusu Luis Suareslə də maraqlanır.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir