“Keşlə”nin adı dəyişdirilərək “Şamaxı” olmasına baxmayaraq, komanda hələ ki, Bakıda məskunlaşacaq.
“İki sahil” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.
Çalışdırıcı bildirib ki, Şamaxı şəhər stadionunda ilk məşqlərinə aprelin 8-də çıxacaqlar: “Məşqlərimizi hələlik “ASK Arena”da keçəcəyik. “Neftçi” ilə matçdan bir gün əvvəlki məşqimiz Şamaxıda olacaq. Ümumiyyətlə, mövsümün sonuna qədər Bakıda məskunlaşacağıq. Şamaxıdakı matçlar zamanı bir və ya iki gün əvvəl ora yollanacağıq”.
Sənan Qurbanov Premyer Liqanın XXII turunda “Neftçi” ilə keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb. O, Şamaxıdakı ilk görüşlərində qələbə qazanmaq istədiklərini söyləyib: “Bizim üçün məsuliyyətli oyun olacaq. Rəqib son çempiondur, gücü bəllidir. Ancaq biz də yeni arenamızdakı ilk matçımızda yaxşı nəticə qazanmağa və yerli futbol pərəstişkarlarını sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir