Qazaxıstanın Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Slovakiya ilə ev oyunlarının yeri və dəqiq vaxtı müəyyənləşib.
“İki sahil”in yerli mətbuata istinadən məlumatına görə, qazaxıstanlılar mövsümün ilk matçını iyunun 3-də millimizə keçirəcək.
Həmin oyun paytaxt Astanada yerləşən “Astana Arena”da olacaq. Bundan 10 gün sonra Slovakiya ilə matç da eyni məkanda baş tutacaq. Hər iki görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə) start götürəcək.
Qeyd edək ki, Millətlər Liqasında C Liqasının III qrupunda yer alan Azərbaycan yığması Qazaxıstan, Slovakiya və Belarusla qarşılaşacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir