“İnter Mayami”nin futbolçusu Qonzalo İquain 2022-ci ilin sonunda karyerasını başa vuracaq.
“İki sahil” xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun atası Xorxe İquain “TNT Sport”a açıqlamasında danışıb. O, oğlunun ilin sonunda futbolçu karyerasını başa vuracağını bildirib: “Mən Qonzalonun Argentinaya dönəcəyini düşünmürəm. Çünki o, mənə bu ilin sonunda karyerasını başa vuracağını və idmandan ayrılacağını söylədi. İstəyərdim ki, futbolçu karyerasından sonra da futbolla bağlı işlə məşğul olsun. O, çox şey bilir, çox yerləri gəzib, uğur qazanmaq üçün hər şeyə malikdir. Fikrimcə, Qonzalo futbol sahəsində çalışmasa, pis olacaq”.
Qeyd edək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb. O, 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib. Futbolçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir