05 aprel 2022 16:18
1098

Ançelotti "Çelsi" ilə oyunda olacaq?

"Real"ın baş məşqçisi Karlo Ançelottinin koronavirusa testi növbəti dəfə müsbət çıxıb.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu səbəbdən Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyun üçün komanda ilə birlikdə Londona getməyəcək. Əgər onun testi sabah mənfi çıxsa, İngiltərəyə gedə biləcək.

Qeyd edək ki, sabah keçiriləcək "Çelsi" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Ançelotti koronavirus səbəbindən La Liqada "Selta" ilə matçı (2:1) buraxıb.