05 aprel 2022 15:17
683

Türkiyə Futbol Federasiyasının prezident seçkilərinin vaxtı müəyyənləşib

Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezident seçkilərinin tarixi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, qurum yeni rəhbərini iki ay sonra seçəcək.

Növbədənkənar seçki iyunun 16-da baş tutacaq. Həmin vaxta qədər bu vəzifəni Servet Yardımcı icra edəcək.

Qeyd edək ki, TFF prezidenti Nihat Özdemir dünən istefa verib.