Şimali, Mərkəzi və Karib hövzəsi üzrə 2021-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə CONCACAF-ın rəsmi saytı məlumat yayıb. Ötən ilin ən yaxşısı Kanada millisinin və "Bavariya"nın 21 yaşlı müdafiəçisi Alfonso Deyvis olub.
Həmçinin o, Kanadada bu adı qazana bilən ilk oyunçudur.
Ən yaxşı qadın futbolçu isə ABŞ yığmasının və "Portlend Torns"-ın oyunçusu Kristal Dann seçilib.
Qeyd edək ki, Alfonso Deyvis 2018-ci ildən "Bavariya"da oynayır. O, 2017-ci ildən Kanada millisinin üzvüdür.
Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
AİA-da Kembric Universitetinin ekspertinin rəhbərliyi ilə dəyirmi masa keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək