"Qəbələ"nin futbolçusu Rafael Utziq klubunda 50-ci oyununa çıxmasını şərh edib.
“İki sahil” xəbər verir ki, braziliyalı hücumçu "Terra"ya açıqlamasında bunun üçün xoşbəxt olduğunu deyib: "Bu, mənim Avropadakı ilk klubumdur və artıq belə mühüm mərhələyə çatmağım məni xoşbəxt edir. Mövsüm hələ bitməyib və biz klubun məqsədləri yolunda davam edəcəyik. Konfrans Liqasına vəsiqə üçün hələ Azərbaycan Premyer Liqasında 7, kubokda yarımfinal oyunlarımız var".
Qeyd edək ki, "Qəbələ" turnir cədvəlində 34 xalla 4-cü pillədə qərarlaşıb. Komanda kubokun yarımfinalında "Qarabağ"la qarşılaşacaq.
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir