"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçında məcburi fasilə elan edilib.
“İki sahil” xəbər verir ki, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda ot örtüyünün qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.
Qeyd edək ki, görüşdə hesab açılmayıb.