06 mart 2022 19:07
788

"Sabah" səfərdə qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci turu çərçivəsində "Keşlə" "Sabah"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov və Vüqar Həsənlidən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşma saat 17:00-da “ASK Arena”da start götürüb.

Qarşılaşmanın 89-cu dəqiqəsində “Sabah”ın futbolçusu Zurab Oçiqava fərqlənərək komandasına qələbə qazandırıb.

Matçda başqa qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

XVIII tur

6 mart (bazar)

17:00.“Keşlə” 0–1 “Sabah”

Qol: Zurab Oçiqava, 89

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli

“ASK Arena”