"Sabah" klubunun futbolçusu Elvin Camalov zədələnib.
“İki sahil” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Keşlə"yə qarşı keçirilən Premyer Liqanın XVIII tur matçında ciddi xəsarət alıb.
Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.
"Sabah"ın baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, E.Camalovun beyni silkələnib.
Rusiyalı mütəxəssis 27 yaşlı yarımmüdafiəçinin eyni zamanda qaşının açıldığını bildirib: "Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün əlavə müayinələr və vaxt lazımdır".
Qeyd edək ki, E.Camalov Azərbaycan milli komandasının üzvüdür.
Xatırladaq ki, "Keşlə" - "Sabah" qarşılaşmasında qonaqlar 0-1 hesabı ilə qələbə qazanıblar.