06 mart 2022 11:17
682

Meksikada futbol matçında kütləvi dava düşüb, 22 azarkeş yaralanıb

“Keretaro” və “Atlas” komandaları arasında futbol üzrə Meksika çempionatının oyunu zamanı kütləvi dava düşüb.

“İki sahil” xəbər verir ki, Meksikanın mərkəzi hissəsindəki eyniadlı ştatın paytaxtı Queretaro şəhərindəki stadionda baş vermiş qarşıdurmalarda 20-dən çox azarkeş xəsarət alıb.

Ölənlər barədə məlumat yoxdur. İnsident nəticəsində 22 nəfər xəsarət alıb, onlardan 9-u mərkəzi xəstəxanaya çatdırılıb, ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Tribunalarda və meydançada toqquşmalar matçın ikinci hissəsində, “Atlas”ın 0:1 hesabı ilə öndə olduğu vaxt olub. İlkin məlumatlara görə, hadisə ilə bağlı azı 10 nəfər saxlanılıb.

Liqa rəhbərliyi baş verənlərlə bağlı hərtərəfli araşdırma aparacağına söz verib və IX turun qalan oyunlarının təxirə salınmasına qərar verib.