"Çoxdandır start heyətində meydana çıxmırdım. Bu matçda ilk "11-lik"də oynamaq inanılmaz hissdir. Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi".
“İki sahil” xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli evdə "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya I liqasının 26-cı tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.