06 mart 2022 10:26
884

Xavi: O, mənə İnyestanı xatırladır

"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Pedri haqqında danışıb. 

“İki sahil” xəbər verir ki, 42 yaşlı mütəxəssis 19 yaşlı yarımmüdafiəçini Kataloniya klubunun sabiq oyunçusu Andres İnyesta ilə müqayisə edib: 

"Onu İnyesta ilə müqayisə etmək mənim üçün təbiidir. Pedri mənə İnyestanı xatırladır. Tənqidlərə görə başqa cür düşünməyəcəyəm. İnyesta ispan futbolu tarixində indiyə qədər gördüyüm ən böyük istedaddır. Belə bir müqayisə Pedrini motivasiya edəcək. Mən bundan qorxmuram”.