05 mart 2022 20:37
710

Bakıda akrobatika gimnastikası üzrə yarışda ilk qızıl medalı qazanıldı

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında Rusiya ilk qızıl medalını qazanıb.

“İki sahil” xəbər verir ki,  12-18 yaş kateqoriyasında mübarizə aparan qadın qrupların final yarışında rusiyalı gimnastların çıxışı 28,050 xalla qiymətləndirilib.

ABŞ qrupu 27,800 xalla turniri ikinci, Portuqaliya komandası isə 27,320 xalla üçüncü pillədə başa vurublar.

Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.