KÖŞƏ

Vəli İlyasov

Kölələr və torpaqyeyənlər kimdir?

06 mart 2022 00:58
1588

Hər hansı xalq və millət haqqında bu cür ağır ifadələr işlətmək mümkün olmasa da, ermənilər barədə istənilən epiteti söyləmək qəbahət deyil. Belə epitetləri bəzən tanınmış ermənilərin özləri  özlərinə rəva görürlər. Milliyyətcə erməni olan akademik Kerop Patkanyan yazır: "Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sakinləri olublar, öz yaxınlarını sataraq həmişə güclü qonşularına məharətlə qulluq ediblər". Əslində, bu, həmişə belə olub. Qədimdən Asur və Urartu dövlətlərinin qul koloniyaları olan Hayasa və Arme vilayətlərində saxlanılan, qul işlərində işlədilən, vaxtaşırı isə bu vilayətlərin qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə işçi qüvvəsi kimi satılan, beləcə dünyanın hər yerinə yayılan sənətkar millət, əslində ixtisaslaşmış qullar kimi tanınan hay-ermənilər qul psixologiyasından, qul əxlaqından heç vaxt qurtula bilməyiblər və görünür, bundan sonra da qurtula bilməyəcəklər. Qulların içərisi həmişə kin-küdurət, paxıllıq, qisasçılıq, yaramazlıq, hiyləgərlik, nifaq və s. mənfi keyfiyyətlərlə dolu olur ki, bütün bu xüsusiyyətlər bu gün ermənilərin daxili-mənəvi keyfiyyətləri kimi bu millətlə az-çox tanış olan hamıya məlumdur. Həmişə mənən alçaldılan, addımbaşı təhqir olunan, əxlaqı, namusu əlindən alınan qul əlinə düşən ilk fürsətdə kimdən gəldi bunun acısını çıxmaq istəyir, sanki bundan mənəvi rahatlıq tapır. "Ermənilər ağ dərililər arasında ən pis qullardır" - Adam Metsin bu fikri də təsadüfən deyilməyib. O, fikrinə davam edərək yazır: "Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Əgər görsən ki, tənbəllik edirlər, bil ki, bunun səbəbi zəiflikdə yox, tənbəllikdən həzz almalarındadır. Bu zaman onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir".  Gürcü xalq məsəlində deyildiyi kimi: "Erməni gəldi, özü ilə bəla gətirdi".

Ermənilər yüzillər boyu Qafqazda mehribanlıqla yaşayan xalqlara belə bir nifaq, bəla gətirdilər. Əvvəl-əvvəl qədim Azərbaycan torpaqlarında məskunlaşdılar, sonra dövlət yaratmaq eşqinə düşdülər. Qafqazda törədilən bütün milli qırğınların baisi və icraçısı oldular. Azərbaycanlılarla, gürcülərlə, kürdlərlə, talışlarla, ləzgilərlə və bütün başqa Qafqaz xalqları ilə düşmənçilik etdilər və edirlər. Özlərinin düşmənçiliyi bəs eləmədi, bu xalqlar arasında düşmənçilik toxumu səpməkdən də əl çəkmədilər. Bunun üçün hər cür yaramazlığa və əxlaqsızlığa getdilər.

Ermənilərin tarixdə ən böyük əxlaqsızlığı ərazisində və himayəsində yaşadıqları xalqların, ilk növbədə, türklərin tarixini, mədəniyyətini, adət-ənənəsini, incəsənətini, mətbəxini, bir sözlə, minillər boyu yaratdığımız maddi-mənəvi dəyərlərimizi ən müxtəlif üsullarla saxtalaşdıraraq özlərininkiləşdirmələridir. Bu məsələdə ermənilər üçün heç bir ölçü-biçi, heç bir qoruq-qaytaq yoxdur. Belə misallardan təkcə birini göstərək. Ermənilərin indi Araqats adlandırdıqları kilsənin ilk adı Alagöz olmuşdur. Kilsə Alagöz dağının ətəyində gölün içindəki adada inşa edilmişdi. XIX əsrin sonlarında həmin kilsənin xarabalıqları qalmışdır. Bundan başqa Türkiyədə Qars vilayətində Alagöz adlı qala var idi. Bu barədə rus tarixçiləri Piqarov və Şopen öz əsərlərində yazmışlar.

İlkin mənbələrin tədqiqi göstərir ki, yalnız Albaniyadakı yox, Sevan gölü vadisindəki, Van gölü sahilindəki qədim kilsələri ermənilər yox, türk əsilli albanlar tikmişlər. Musa Xorenlinin “Tarix” kitabının 1809-cu il nəşrində kilsə, dağ və qala Araqats yox, Alaqezia adlandırılır. Alaqezia Alagöz xalqının ölkəsi deməkdir. Urartu mixi yazılı mətnlərinin tədqiqatçısı M. Nikolski 1896-cı ildə yazır ki, Alaqez, yəni Alagöz erməni sözü deyildir. Erməni tarixçilərinin çoxundan fərqli olaraq L. Melikzatbekov hələ 1911-ci ildə yazırdı ki, Araqats dağının ilkin adı Alagöz olmuşdur. Alagöz dağının ətəyində nəhəng Oğuz qəbirləri var idi.

Tanınmış alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyev  Dərələyəzin, Ələyəzin qədim tarixi ilə bağlı qiymətli axtarışları var. Məlumat üçün deyək ki, rəhmətlik Həsən müəllim dərələyəzli və doğma yurduna qırılmaz tellərlə bağlı adam idi. Görkəmli alim həmin Oğuz qəbirləri barədə bildirirdi ki, bu qəbirlərdən biri 1948-ci ilədək qalırdı. “Şahpələngin qəbri” adlandırılan həmin qəbir Şahpələng adlı bir oğuz igidinin abidəsi idi. Qəbri görənlər deyirlər ki, iki metryarımlıq sinə daşı heyrət doğuracaq qədər uzun idi. Rəvayətə görə, Şahpələng hakimiyyətə qarşı vuruşan bir dəstənin başçısı olub və Məmmədölən deyilən yerdə döyüşlərdən birində düşmənləri tərəfindən öldürülüb. Onun boyu iki metr yarıma qədər imiş. Bu səbəbdən də Şahpələngin meyidini atın üstünə yükləyib aparanda bir tərəfdən  yəhərdən aşağı sallanan əlləri, digər tərəfdən ayaqları yerə dəyirmiş.

Çar Rusiyası Cənubi Qafqazı tutandan sonra xarici ölkələrdən  bu yerlərə gətirdikləri ermənilər həmin qəbirləri dağıtdılar. Xatırladaq ki, Alagöz və Qaragöz tayfaları Ön Asiyanın qədim türk etnoslarıdır. Onlar İslam dinini qəbul etmiş, türk və müsəlman olaraq qalmışlar. Bu tayfalar Qazi Bürhanəddinin zamanında Türkiyənin Sivas və Kayseri şəhərləri arasında yaşayırdılar. Azərbaycanlıların  1948-1953- cü illər deportasiyasına qədər yerli əhalinin Ələyəz adlandırdığı yayladakı kəndlərdə və ərazidə ələyəzlilər yaşayırdılar. Bu ərazi dağlıq, təpəlik, meşəlikdir. Zəngin flora və faunaya malikdir. Ələyəz adlandırılan dərman bitkisi indi də o dağların sərvətidir. Qida kimi istifadə edilən bu bitkini və çaşırı ələyəzlilər, dərələyəzlilər, ümumiyyətlə, Qərbi Azərbaycandan köçüb gələnlər çox sevirlər.

Alagöz yeganə kilsə deyil ki, ermənilər Araqats adlandırıb divar yazılarını pozmuş, salnamələrini ermənicəyə tərcümə edib ilkin nüsxələri yandırmışlar. Onlar minlərlə tarixi abidəmizi müxtəlif fırıldaqlarla erməniləşdirməyə cəhd ediblər. Çar hökuməti və bolşeviklər isə ermənilərin oğurluqlarını “qanuni sənədləşdirmiş”, beləliklə, şəhər və kəndlərimizin, yurd yerlərimizin, toponimlərimizin adları qəsdən erməniləşdirilmişdir.

Azərbaycan Milli  Elmlər Akademiyası, respublika Mədəniyyət Nazirliyi və müvafiq dövlət qurumlarımız ermənilərin bu oğurluqlarını tarixi faktlarla ifşa etməli, UNESCO və digər beynəlxalq təşkilatlar qarşısında onların əsl adlarının bərpa olunması tələb edilməlidir. Yəni, ermənilərin bu oğurluqlarını seyr edib barışmalı deyilik. Nəhayət, bu işin də vaxtı gəlmişdir. Bundan sonra çalışıb Ermənistan ərazisindəki qədim abidələrimizin və yurd yerlərimizin əsl adlarının qaytarılmasına nail olmalıyıq. Necə ki, baş nazir Nikol Paşinyan erməni deputatlara Qubadlının Sanasar yox, məhz Qubadlı olduğunu sübut etdi. Çalışaq ki, bu tendensiya dayanmasın, onun davam etməsi üçün əlimizdən gələni əsirgəməyək.