05 mart 2022 17:00
955

Haland İspaniyada 6,5 milyona ev alır

Norveç millisinin və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland yeni ev alır.

“İki sahil” xəbər verir ki, hücumçu bununla bağlı anlaşma imzalayıb.

O, İspaniyanın Marbelyada yeni ev alacaq. Bu, forvardın şəhərdəki ikinci əmlakı olacaq. O, bayramları ailəsi ilə birlikdə Marbelyada keçirir.

Bu ev şəhərin Naqueles rayonunda yerləşir. Onun qiyməti 6,5 milyon avrodur.

Qeyd edək ki, Haland “Real” və “Barselona”nın maraq dairəsindədir.