05 mart 2022 16:11
589

Azərbaycan para-atletləri Antalya şəhərinə yola düşüb

Azərbaycanın para-atletika üzrə yığma komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yola düşüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, on günlük toplanış baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında gerçəkləşəcək.

Məqsəd 2 - 9 mayda İtaliyanın Yesolo şəhərində keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-priyə səmərəli hazırlaşmaqdır.