05 mart 2022 16:08
804

"Bakcell Arena" stadionu təmirə bağlanır

"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır.

“İki sahil” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.

Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.