Kişilərdən ibarət paracüdo üzrə Azərbaycan millisində yeni məşqçi təyinatları baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Azad Zahidov və Emin Beydullayev baş məşqçi İbrahim İbrahimovun köməkçiləri olub.
Qərar 2024-cü il Paris Yay Paralimpiya Oyunlarına səmərəli hazırlıq məqsədilə qəbul edilib.
Qeyd edək ki, İlham Zəkiyevin şəxsi məşqçisi də olan Azad Zahidov əvvəllər də kişilərdən ibarət millidə işləyib. Emin Beydullayev isə ilk dəfə bu vəzifəyə təyin olunub.