"Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra məşqçi işləmək istəyib-istəmədiyi ilə bağlı sualı cavablandırıb.
“İki sahil” xəbər verir ki, 40 yaşlı hücumçu bunu düşünmədiyini deyib: "Məşqçi olmağım mümkün deyil. Oyun zamanı ən azı iki, matçdan sonra isə səkkiz oyunçuya yumruq atardım. Yəni məşqçi olsam, futbolçuları döyərəm".
Xatırladaq ki, İbrahimoviçin "Milan"la sözləşməsi bu mövsümün sonunda bitəcək.