04 mart 2022 15:24
696

Emil Balayevin Qazaxıstan klubuna transferi rəsmiləşib

Azərbaycan millisinin qapıçısı Emil Balayevin “Turan”a keçidi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, Qazaxıstan klubu “Qarabağ”dan yenicə ayrılan 28 yaşlı qolkiperlə müqavilə imzalandığını instaqram hesabı vasitəsilə açıqlayıb.

Sözləşməsinin detalları barədə heç bir məlumat verilməsə də, Emilin yeni komandasında 22 nömrəli formanı geyinəcəyi bildirilib.