04 mart 2022 09:38
888

DÇ-2022: Ukrayna yığmasının oyunu təxir salına bilər

Şotlandiya və Ukrayna komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının pley-off oyunu təxirə salına bilər.

“İki sahil” xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-ya müraciət edib.

Qarşılaşmaların iyuna ertələnməsi gözlənilir. Bu gerçəkləşəcəyi təqdirdə aprelin 1-i Qətər paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi 32 iştirakçıdan ikisi olmadan keçiriləcək.

Ukrayna yığmasının əsas futbolçuları "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) klublarında çıxış edir. Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb və komandaların legionerlərinin əksəriyyəti təhlükəsizliyə görə ölkəni tərk ediblər.

Qeyd edək ki, Şotlandiya - Ukrayna matçı martın 24-də Qlazqo şəhərində oynanılmalıdır. Qalib komanda Uels - Avstriya cütünün güclüsü ilə üz-üzə gələcək.