Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bütün cütlükləri məlum olub.
“İki sahil” xəbər verir ki, yarımfinal mərhələsinin aprelin 20-də keçiriləcək ilk qarşılaşmasında "Zirə" "Neftçi"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.
Komandalar arasında cavab oyunları aprelin 29-da keçiriləcək.
İki oyunun nəticəsinə görə, qalib gələn komandalar may ayının 27-də Azərbaycan Kubokunun final mərhələsində qarşılaşacaqlar.