Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub.
“İki sahil” xəbər verir ki, turun son matçında "Zirə" "Səbail"in qonağı olub. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" bu dəfə 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
13 fevral (bazar)
18:00. “Səbail” 1–3 “Zirə”
Qollar: Ruslan Hacıyev, 7 (1:0), Ağabala Ramazanov, 21 (1:1), TƏmkin Xəlilzadə, 39-pen. (1:2), Coşqun Diniyev, 73 (1:3)
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”
İlk oyun - 0:4