13 fevral 2022 17:55
848

"Qəbələ" "Qarabağ"a rəqib oldu

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qəbələ" yarımfinala yüksəlib. Elmar Baxşıyevin komandası bu mərhələdə "Qarabağ"la qarşılaşacaq.

Günün digər matçında isə "Zirə" "Səbail"in qonağı olacaq. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" mərhələnin taleyini böyük ölçüdə həll edib.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

13 fevral (bazar)

15:00. “Qəbələ” 1–1 “Sumqayıt”

Qol: İsnik Alimi, 18 (1:0), Araz Abdullayev, 82-pen. (1:1)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev

Qəbələ şəhər stadionu

İlk oyun - 1:0