Azərbaycan kubokunun 1/4 finalında hazırda davam edən “Sabah” – “Neftçi” cavab matçında qalmaqal baş verib.
"Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub. Meydan sahiblərinin qapıçısı Səlahət Ağayev də münaqişəyə qoşulub və Voislav Stankoviçi itələyib.
Baş hakim Rəvan Həmzəzadə İsayev və Ağayevə qırmızı vərəqə göstərib. "Sabah"ın baş məşqçisi Murad Musayev də etirazları səbəbindən qırmızı vərəqə ilə cəzalandırıb. Hakim “Neftçi”nin çalışdırısı Samir Abasov və meydan sahiblərinin üzvü Coy-Lens Mikelsə sarı vərəqə verib.
Qol.az