12 fevral 2022 18:31
866

Türkiyəli gimnast: Yarışların təşkilindən çox razıyam

Azərbaycanda olarkən özümü evdəki kimi hiss edirəm.

"İki sahil" xəbər verir ki, bu sözləri Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışının iştirakçısı türkiyəli gimnast Gürkan Mutlu deyib.

Gimnast qeyd edib ki, bu, mövsümün ilk dünya kuboku yarışıdır və mən çıxışımdan razı qaldım. Hər şey planlaşdırdığım kimi oldu. Ümid edirəm ki, növbəti mərhələdə də proqramı uğurla yerinə yetirəcəyəm. Bakıdakı yarış çox vacibdir, çünki yeni qaydalara uyğun keçirilir.

“Yarışların təşkilindən çox razıyam. Azərbaycana ilk dəfə deyil ki, gəlirəm. Burada beynəlxalq yarışların yüksək səviyyədə təşkil olunduğunu bilirəm. Təşkilatçılar idmançılar üçün lazım olan bütün xırdalıqları nəzərə alıblar. Özümü burada hər zaman rahat, evdəki kimi hiss edirəm”, - deyə türkiyəli gimnast vurğulayıb.