Azərbaycan cüdoçusu Kəramət Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.
“İki sahil” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Jaba Papinaşvili (Gürcüstan) ilə üz-üzə gəlib.
Qarşılaşmadan məğlub ayrılan Hüseynov 5-ci yeri tutub.
18:17
Azərbaycan millisinin üç cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
“İki sahil” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Dauda Daboneyə (Kot d ivuar), ardınca Ariunbold Enxtayvana (Monqolustan) qalib gəlib.
Yarımfinalda Ryudzu Naqayamaya (Yaponiya) uduzan Hüseynov bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
73 kq-dakı Rüstəm Orucov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Fransa təmsilçisi Benjamin Aksusa yenilib. Eyni çəkidəki Hidayət Heydərov fransalı Teo Riquinə qalib gəlsə də, 1/8 finalda Qambiyadan olan Faye Njie ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.