05 fevral 2022 15:56
412

50 yaşlı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşüb

Almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarının tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 50 yaşlı idmançı buna Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak etməklə nail olub.

Pexştayn 2002-ci ildə 48 yaşında olimpiadada iştirak etmiş Virciniya adalarından olan Anna Abernatinin rekordunu qırıb.

O, həmçinin 8-ci Qış olimpiadasına qatılmaqla yaponiyalı Noriaki Kasainin rekorduna çatıb.

Qeyd edək ki, Klaudiya Pexştayn 5 qat olimpiya çempionudur.