05 fevral 2022 13:16
631

“Della Madonnina”: 179-cu derbi

Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşmasında iki əzəli rəqib - “İnter” və “Milan” komandaları qarşılaşacaqlar.

“İki sahil” xəbər verir ki, həmişə gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 179-cu dəfə baş tutacaq. Bu matçların 69-da “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 56 görüş heç-heçə nəticələnib.

“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusu İtaliya A Seriyasının 10-cu turuna təsadüf etmişdi. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.

“Cuzzepe Meaza” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İyirmi üç turdan sonra “İnter” 53 xalla liderliyin davam etdirir. “Milan” isə 49 xalla dördüncü pillədə qərarlaşıb.