04 fevral 2022 17:47
645

"Real"ın uğursuzluq seriyası

"Real" 2014-cü ildən bəri İspaniya kubokunun finalına çıxa bilmir. 

“İki sahil” xəbər verir ki, komanda turnirin 2021/22 mövsümündə 1/4 finalda ötən gün "Atletik"ə uduzub - 0:1. Madridlilər nəticədə yarışdakı mübarizəsini dayandırıb. Beləliklə, "Real" ardıcıl 8 il İspaniya kubokunun final mərhələsinə yüksələ bilməyib.

Son dəfə komanda 2014-cü ildə həlledici matça çıxıb. "Kral klubu" həmin vaxt "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.