AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“İki sahil” xəbər verir ki, 2022-ci ilin ilk yığıncağında Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri müvafiq qərarlar verib.
02.02.2022-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Qəbələ” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.